YalnızFM

Yalnızlar

Axşamınız xeyir əziz dinləyicilər. Bura “Yalnız fm”.

Üç-dörd nöqtədən sonra qoyulan sıfır. İndi, bax elə indi

Əsgərlər sərhəddə düşmən,

İşçilər zavodda çörək,

Qocalar evindəki yaşlılar diqqət,

Kimi evində milçək,

Kimi telefonda sevəcək,

Kimi fahişəxanalarda bədən,

Polis küçədə oğru,

Yalan dodaqlarda doğru dalınca qaçır.

Artıq liman uçub əziz dinləyicilər. Gəmilər də susqundur …

Siz heç oturub fikirləşmirsiz, amma sizin həyatınız çox bədbəxtdir. Qovuşmaq da keçib gedici, gəlib keçənlərdəndir. Cüt gələnlər tək gedir, əkiz doğulanlar belə yalnız olursə, siz mənə birlikdən nağıllar danışmayın.

Nəysə …

Sıradakı yağış sizin üçün gəlsin, çünki gəbərməyimiz diləyi ilə biraz musiqi fasiləsi elan edirəm…