YalnızFM

Bloqdan

Vurğun Yusubov – Gələcəkdəki Sən

Yeni qərarlar  yenidən başlamaq üçün yox, sonu dəyişdirmək üçündür.

 

Ayaqqabısından sıçrayan palçıq jeans’ini çirklətmişdi. 09:25 İçərişəhər qatarına mindiyində gördü. Payız heç özünü gözlətməmişdi oktyabrın ilk günlərindən şığımışdı pəncərələrə. Sulu salfetkası ilk iki gündə bitmişdi. Metrodan düşən kimi kioskdən alacaqdı yenisini. Nə etmək olar bu palçıqlı jeanslə 6 stansiya getməli idi.
Tanrının və şansın əsla üzünə gülmədiyi biri idi.  3 il universitetə qəbul ola bilməmiş, ilk dəfəsində magistr imtahanından kəsilib və 23 iş müraciətindən heç bir nəticə almamış, Xumar 24cüdə qazandığı işinə gedirdi. Ofisi, Sahil metro stansiyasına 5 dəqiqəlik məsafədə idi. Marketinq üzrə şöbə müdürünün müavini idi. İşə 1 aylıq qazandığı təcrübənin köməyi ilə qəbul olmuşdu.
İndi  isə göy üzü bozarandan bəri, qara bağlayıb, günəşə yas tutanlarla dolu vaqonda işə gedirdi. Sumkasından ad günündən hədiyyə edilən kitabını çıxartdı. 2 ay 8gün idi ki, yaxın getmirdi, amma bugün evdən çıxarkən rəfdən götürdü. Üz qabağında yanmış kağız şəkli olan “451 faranheyt”. Artıq “Ulduz” metro stansiyasında idi.
Qarışıq cümlələrlə dolu 3 səhifəni geridə qoydu. Nəsə marağını çox çəkmişdi. Kitablara düşmən olan bir cəmiyyəti təsəvvür belə edə bilmirdi, amma biraz insanlara qarışsa idi, özünü tamda o cəmiyyətin içində olduğunu görəcəkdi. Ən doğrusunu edirdi. Öz həyatı, öz qanunları. Qəhrəman olmaq üçün çox yaşlı idi.
“Qapılar bağlanır. Növbəti stansiya:Sahil” Fikrini kitabdan ayırdı. “Yanğınsöndürənin” tavan arasına nə gizlətdiyini düşünmədən edə bilmədi, amma artıq çatmışdı düşməli idi. Eskalatorda qulaqlığında Mozartın Rekviemi səslənirdi. Klasik musiqi Tom və Ceridən sonra çox eşidilən bir musiqi növü deyildi, Azərbaycanda.
-Salamlar, hərkəsə. Bugun yenidən başlayırıq.

Xumar özünə xas salamlaşmasından sonra öz otağına keçdi. Qeyd dəftərinə göz gəzdirdikdən sonra bir fincan kofe istədi.
– ay səni lənətə gələsən.
Unutmuşdu. Yaş salfetka almalıydı. Tualetə gedib su ilə jeans’ini təmizlədi. Hə bi də  zor bəla ilə simmetrik çəkdiyi eyeliner’ə bir də baxdı.
-Sən bacarırsan bu işi.
Deyib öz otağına döndü.
Nahar yeməyindən sonra çıxıb bu yağışda xəstələnib evdə qızdırma ilə yatmağı planlaşdırırdı.
Axundov kitabxanasının yanında açıq kitabxananın yanından keçib parka gəldi. Tam payızın gəkdiyini hissetdirəcək bir yağış yağırdı. Su damlaları kitabın vərəqlərini isladırdı, amma Xumar o tavan arasında  nə olduğunu bilməli idi.
Qarışqalardan fərqi nədi, ora-bura qaçışan insanların? Tək bir fərq var əslində, insanlar paylaşmağı bacarmırlar.
İsti bir kofe bu havada mükəmməl olardı. Gloria jeans’in yanından addımlayarkən düşündü, Xumar. İçəridə tək -tük yerlərdə  müştərilər oturmuşdu. Bir çoxu rəsmi görüşlərə bənzəyirdi. Cavan cütlükkərin o qədər də imkanı olmur bura gəlmək üçün. Xoşbəxtlik pulludur. Cibindəki pula dəyəcək xoşbəxtliklərin də qiyməti qalxıb.
Kofesinini isti buharını içinə çəkdikcə rahatlaşır beyni. Üzü səbəbsiz güldü. 2 dəqiqə sonra onu gözləyənlərdən xəbərsiz. Tez bir zamanda dəyişəcəkdi üzündəki ifadə.
Çox təəccüblənmişdi, qarşısında heç tanımadığı bir oğlanın oturduğunu görəndə. Biraz da əsəbləşdi, heç olmasa icazə istəyə biləcək qədər etikalı bir tərzi vardı.
Təzə təraş olunmuş üzü, hansısa bir şirkətdə işlədiyini deyirdi.
– siz kimsiniz?
Oğlan, Bir qutu və onun üstündə bir qısa qeyd qoyub getdi.
Həyatın nə zaman və necə dəyişəcəyini əsla bilə bilmərsən. Kimin nə zaman qarşına çıxacağını və qurulmuş bütün planları alt- üst edəcəyinu bilə bilmərsən. Bildiyin tək şey nəyi  bilmədiklərin olar.
Xumar çox qəribə olmuşdu. Nə oldu indi? Kim idi, o oğlan? Məni hardan tanıyır? Və başqa suallarla doldu beyni.
Hədiyə qutusuna bənzəmirdi, daha çox sıradan tələm-tələsik seçilmiş ama bir o qədər diqqətli bağlanmışdı. Səliqəli yazılmış qeyd də bunu təstiqləyirdi.
Xumar hesabı ödəyib , bir neçə saniyə tərəddütdən sonra qutunu da özüylə götürdü.
Ofisə gəldikdə çox fikirli olduğunu qapıda onu çağıran müdürü dedi. 3 dəfə çağırdıqdan sonra Xumar Ramiz müəllimin səsini eşitmişdi.
Sabaha olan iclasa çatışmayan sənədləri müzakirə etdilər.
30 dəqiqədən sonra otaqdan çıxan Xunarın fikri hələ qutuda idi.
Nə demək idi bu?  Kim idi o?  Nə olub?
Axşam evə gəldikdə başı çox ağrayırdı.  Vanna qəbul etdikdən sonra öz yerinə uzandı. Üzünü çevirib is stolunun üstünə qoyduğu qəhvəyi üstündə yanmış kağız rəngli cızıqları olan, təxmini 10 sm hündürlüyə malik qutuya baxdı. Qeyd olan kağızı yerindən qalxmadan uzanıb stoldan aldı. Bir daha oxudu, bir dı oxudu.
Kim idi o?
Durub masada oturub qutuya baxdı.
Gözünü  açanda bir anda harda olduğunu xatırlamağa çalışdı. Stolun yanındakı telefonundab saata baxanda, saat səhər 03:19 göstərirdi. İş masasının üstündə yuxuya getmişdi. Durub yerinə keçdi. Saçları artıq özü qurumuşdu. Qıvırcıq saçların olmasının ən gözəl xüsusiyyəti idi. Çox vaxtını almırdı qurulamaq. Bugun isə heç saçına baxacaq həvəsi yox idi. Yerinə uzanıb qaranlıq tavana üzünü zillədi. Səhər saat 11də 3 həftə idi üstündə işlədiyi iclası olacaqdı. İndi isə yata bilmirdi.
Gözləri yuxusuzluqdan şişmişdi. Güzgüdə özünə baxanda heç həvəsi yox idi.
Sadə çay içib evdən çıxdı.
Gözü  hələ qeyddə idi.
Səbəbsiz aça bilməyəcəyin bir qutu. İmza: Gələcəkdəki sən
Metroda palçığa bulaşmış ayaqqabısına baxa- baxa niyə hələdə qutunu açmadığını düşündü. Niyə özüylə götürdüyünü? Kimdən gəkə bilərdi ki bu qutu?
İlk dəfə bu qədər böyük bir gəlir gətirəcək saziş bağlamağın sevinciylə dərin ohh çəkib ” mən nahara gedirəm” deyib ofisdən çölə atdı özünü. Uğur kimsəni gözləmir və yerimək və ya qaçmaqla ona çata bilmərsən həmişə bir vasiyən olmalıdı ona çatacaq. Saxtalaşdırılmış ölkələrdə, cəmiyyətlərdə uğurun tək vasitəsi var o da puldur, amma bugün deyil. Xumar isə uğura inadı ilə çatmışdı. Bəzən inad insanı ayaqda tutan tək şey olur.
Çölə çıxıb, yolun kənarında dayandı və dərindən bir nəfəs alıb gözlərini açdı.
Yolun kənarı ilə gəzib Heydər Əliyev Sarayına gəlib çıxdı. Yeni açılmış kafeyə girib pəncərənin kənarında oturdu. Təmiz geyimli bir ofisiant menunu gətirdi. Menudan bir günün yeməyini və bir də qırmızı çaxır sifariş etdi. Bugünün şərəfinə  içəcəkdi, nahar vaxtı olsa belə.
Evə gələndə çox  qarışmışdı  hissləri, amma öz güvəni yerindəydi. Bu qədər əməyi, bu qədər inadı və bu qədər uğursuzluğu köməyi oldu bugünkü qələbəsinə. İllərini vermişdi bu hiss üçün. Pul üçün oxumur heç kəs. Bu uğurun sevinci deyildi. Bu özünü tapmağın hissi idi. Mən buyam deməyin sevinci idi.
İçəri girib işə içkili gəldiyi üçün aldığı cəriməni də masasının başına qoydu. Bugündən bir xatırə qalmalıydı.
Gəldi oturdu qutunun qarşısında, bir səbəbi vardı. Oturdu,baxdı,baxdı, amma bu yetərincə böyük bir səbəb deyildi. Həyatının uğuru biranda kiçildi və bu qutuya qoyulmayacaq qədər kiçik oldu.
Bugün münasibətlərinin 3cü ili tamam olurdu. Hər yer qızılgül və şamla dolu idi. Otağa yayılmışdı qırmızı çaxırın iyi. Buna ehtiras, buna sevgi, buna xoşbəxtlik deyə bilərsiz, amma bu sadəcə qırmızı çaxırın ətri idi. Deyib, gülüb, rəqs edirdilər. Vaqif bugün – 14 Noyabr üçün öz əl işi olan taxtadan yontulmuş Xumarın kiçik heykəli idi. Xumar Vaqifi  ilk dəfə əməkdaşəlıq etdiyi şirkətdə görmüşdü. İclas zamanı Vaqif gözünü Xumardan ala bilmirdi, elə indi də. 1 həftə sonra masasına gələn bir dəstə gül və bir qeyd: ümidvaram acsınız. Sonrasında isə Vaqif özü ofisə gəlmişdi. Xumar bu incə təklifi qəbul etmişdi. Səmimi bir o qədərdə şən nahardan sonra işə yenidən adaptasiya olmaq çətin idi.
Qədəhindən bir az içib yaxınlaşıb Vaqifin məcburiyyətdən təzə qırxılmış üzündən öpdü. Vaqif dönüb daha uzun öpüşlə cavab verdi. Çöldə narın yağış yağırdı. Bu yağışın səsində sevişmək də olardı, amma Xumar tutdu Vaqifi özüylə apardı 2ci mərtəbədən aşağı düşdülər. Bu hecə Xumarın evində qalacaqdılar. Xumar 4 il öncə bu evi öz qazandıqları ilə aldı. Ailəsi nə qədər narazı olsa da tək yaşamaq və öz ayaqlarının üstündə durmaq istəyirdi. Yolu keçib parka gəldilər. Çatan kimi Xumar Vaqifin boynuna tulandı və qollarını açdı. İçindəki kəpənəklər onu yerdən ayırmışdı. Vaqif Xumarı göydə yaxalayıb öz ətrafında döndərməyə başladı. Yağış belə dola bilmirdi aralarına. Su vurduqca burulurdu Xumarın saçları. Vaqif yerə qoyub dodaqlarından öpdü. Qulağına pıçıldadı:
– yağışdan geriyə qalacaq tək şey bizik.
– yağışdan geriyə qalacaq tək şey bizik.  Deyə təkrarladı Xumar.
Buludların arasından çırpınırdı ildırım. İncilərini tökmüşdü yer üzünə. Toplaya bilmirdi. Buludların arasından süzülüb düşürdü hər biri.
Bu gecə bitməməliydi.
Səhərsi gün Xumar illərdi baxıb ama açmadığı qutuya yaxınlaşdı. Bumum varlığından Vaqif xəbərsiz idi. Çünki o açıb baxa bilərdi içinə. Göz bəbəyi kimi qoruyurdu onu. Bur insanın heçmi bir səbəbi olmaz bir qutunun içinə baxması üçün.
– biraz çaxır dadır. – dedi Vaqif , Xumarın dodaqlarından öpən zaman.
– biraz da, siz, cənab.
Xumar otağa girib paltarını dəyişdi. Vaqifdı çayları süzdü.
-Bu bazar gedək kamp quraq şəhərdən kənarda hətta rayonlar tərəfə gedə bilərik, çayından biraz içib sözümə davam elədi Vaqif. Heç boş zamanl olmazdı, çünki zamanını doldurmağı bacarırdı.
– çadır kirayələyəcəm 1 günlük. Uşaqlarla da danışa bilərəm qoşulmaq istəyən gələr. Ya da xanım istəsə ikimiz də tək qala bilərik.
– Əla  mən hazırlıqlar görərəm. Geyim zad. Uşaqlara da deyərik. Bir yerdə əyləncəli keçər. Hə bir də, sizi sevirəm cənab.

-Çox üzülərək deyirəm,- deyə cümləyə başladı  şöbə müdürü Ramiz İsa,- sizinlə yollarımızı ayırmalıyıq.
Xumar 10 illik  işindən ayrılacağını heç ağləna gətirmirdi. Bütün həyatını bu ofisdə qurmuşdu. İndi isə oradan ayrəlmağını istəyirdilər. Səbəbsə çox açıq idi. Şirkət son etdiyi sazişlərdən gəlir əldə edə bilməmişdi və ixtisarlara başlamışdı.
Hər şey hazır gözləyir ki, bir şey tərs getsin və ondan sonra  hamısı başlayır tərs getməyə.
Boş və qaranlıq evinə girdi. İşığı belə yandırmadan sumkasınl yerə atıb , oturdu pəncərəsinin yanında. Pəncərəni açan kimi yazın yeni-yeni qızınmağa başlayan küləyi evin içinə atdı özünü. İçinə çəkdi yeni tumurcuqlamaya başlamış ağacların ətrini. Yeni sakitləşmişdi göy üzü. Bütün günü bu yağışda gəzmişdi. Saçları hələdə su idi. Bunu düşünəcək halda deyildi. 2 ay  öncə Vaqifi  avtomobil qəzasında itirmişdi. Hələ də özünü günahkar hiss edirdi, çünki Vaqif onunla görüşə gecikməsin deyə tələsdiyi üçün qəzaya uğramışdı. Hadisəni araşdıram polislər də qəzadan öncə sürət limitini keçdiyini göstərmişdi. Və indi də işini itirdi. İşini sevmək bir başqadır. İşini itirmirsən o zaman, sevdiyini itirirsən.  Telefonuna zəng gəldi. Baxdı ki, anası Sara xanım zəng edir. 1 həftədən çoxdu evdəkilərlə də danışmırdı. Bu bahar yeni həyatlar gətirməyəcəkdi. Yenidən doğmayacaqdı bu günəş.
Otağın işığını yandırdı paltarənı dəyişib güzgüdə ağarmış saçlarına, qırışmış üzünə, ağlamaqdan qızarmış gözlərinə baxdı. Dodaqlarından artıq çaxır dadı gəlmirdi. Göyərmişdi siqaretin tüstüsündən. Yanaqları qurumuş dəniz kimi duzlu idi. Yemə bir neçə damla yaş süzüldü gözlərindən.
Döndü masasında 7 ildi saxladığı o qutuya doğru getdi. Düşünəcək bir şey qalmamışdı. Artıq səbəbləri sığmırdı bu qutuya. Durdu qarşısında. Əlinə alıb bir anda baxdı içinə.

Sara xanım artıq 1 aydı xəbər almadığı qızının nə halda olmasına baxmaq üçün qapının jilidini tələm-tələsik açırdı.  Rövşən kişi də onun yanında gözləyirdi. Bu qız heç vaxt belə eləməzdi noldu axı buna. İkisi də narahat idi. İçərə girdilər. Səsləndilər Xumara. Səs çıxmadı. Ev təmkz və səliqəli idi. Sara xanım otaqları bir-bir gəzdi. Qeyri-adi bir şey görmədi. İkisidə narahat halda oturdular divanda.
-Haradadı bu qız. Niyə səs-səmir yoxdu. Çox narahatam. Allah sən qoru onu.
Son cümlədə səsi titrədi, gözləri yaşardı. Rövşən kişi qucaqlayıb, təskinlik verməyə çalışsa da, özünü göz yaşlarına mane ola bilmədi.
Sara xanımın gözünə stolda qoyulmuş zərf dəydi. Tez atılıb götürdü. Rövşən kişi nə olduğunu anlamadan, çaşkın halda baxırdı.
Zərfin üstündə böyük hərflərlə yazılmışdı.
“SƏBƏBSİZLİYƏ DOĞRU”

Titrəyən əlləri ilə açdı zərfi Sara xanım. Göz yaşına mane ola bilmirdi. Rövşən kişidə durub yanında bir yerdə məktubu oxudular.

Salam, Rövşən Mehdiyevin evidi? – dedi. Səhər saat 10da qapını döyən poçtalyon.
Sara xanım təstiqləyib, imza atdıqdan sonra paketi götürdü.
Xumar , İsveçrədə yaşadığı yerdən növbəti şəkillərini göndərmişdi bir dı qeyd vardı içində.

“Mən yaxşıyam, hər şey qaydasındadır. Artıq biri işim də var. Bir holdingdə işləyirəm. Kirayə evdə qalıram burdakı şərait çox yaxşıdı. Çalışdığım qədər gəzirəm. Ona görə gec oldu bu məktubu göndərməyim. Narahat olmayın. Sizi Sevirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir