YalnızFM

Bloqdan

Emil Aliyy – Yoxsan

Sən yoxsan
Gecə qədər yuxusuz
Səhra qədər susuzam
Sən yoxsan elə bil                                                                                                                                                                          okean ortasında tənha ada kimi quruyam
Sən yox idin mən qırx dərəcə istidə belə üşüdüm
Sən tutunca
Mən bir ömür yıxılmaram düşündüm

Axı soyuyan əllərini əllərimlə isitmədim heç
Heç baxa bilmədim gözlərinə
Yaslana bilmədim ki çiyinlərinə

Daha yuxularıma da gəlmirsən heç
Olmaya arada bir Salam göndər
Unudulmuşluğumdan keç

Mən sənin üçün yağırdım
Sən başqa buludlara islandın
Sən bir məni qəlbində daşıya bilmədin amma
Mən sənin bütün dünyanı çiynimdə daşıdım

Gələcəkdən xəyal qurarkən
İndi unutmağa çalışırıq keçmişimizi
Amma biz başlanğıcı sonuyduq ikimizin
Və biz yarı ola bilərkən
Yarası olduq bir – birimizin

Axı neçə min həyat idi gəlməyin
Gedişin heç kimin ölmədiyini, ölüm kimi bir şey oldu
Və səni bu dünyada belə sevməyim
8 planetə utanc oldu

Mən çayı açıq
Amma səni çox tünd sevərdim
Mən sənə əsəbləşərkən belə
Özümə küsərdim

İndi yayın ortasında
Soyuyuram donuram
Ayrılığın uzandıqca
Sənə sərxoş oluram

O qədər tənha o qədər yalnızam
Bacarsam
Səninlə eyni dünyada aldığımız
Nəfəsi belə qucaqlaram

Və mən indi
O qədər sən olmuşam ki
Gəlməyəcəyini gözləyirəm yorğun – yorğun
Sanki havaların istisi yandırır
Sənin soyuğun

Qəribədir bilirəm
İtirən biri olmaq həmişə
Hər gün ama hər gün və hər gün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir