YalnızFM

Bloqdan

Emil Aliyy – Yoxluğun

Hər gecə boyayıb özümə sənsizliyimi yatıram
Hardasan sevgili
Axı bilmirsən sənsiz nə boyda darıxıram

Sanki min illərin nağıllarından keçib gəlmişəm
Eşidirsən ? yorğunam
Elə bil 17 əsrdir səni sevmişəm

Necə bədbəxt bir musiqidir darıxmaq
Neçə yuxudur yorğunam
Necə əzab verir illərdir uzaqdan sarılmaq
Elə bil neçə şeirdir boğuluram

İndi sözbəsöz çoxalıram
Misra – misra böyüyürəm
Sən bir xatırlayırsan
Mən hər gün min ölürəm

Deyəsən …belə necə yalnız birini yaratdığını görmür
Sən içimdə elə bir günəş sən ki heç gecədə sönmür
Bu necə əzablı sevgidir ki
İçim ölür, içimdəkilər ölmür

Mən səni Rahim və Rahmana gedən yolda sevdim
Deyəsən sən kafir çıxdın sevgili
Mən 3 il deyil
Elə bil 3 əsrdi yalnız
Mən o küçədə sevmişdim səni
Elə o küçədə ayrıldı yollarımız

Sən bulud olsan
Elə gözəl elə məsum elə səssiz
Ağla mənim üçün
Mən kimsə gəlməyən ziyafət
Bu elə bir səssizlik ki
Çölüm sükut , içim qiyamət

Elə bil iki nəfər qalıb
Və daha Həvva Adəmi sevmir
Niyə belə yadlaşırıq biz
Daha heç səsində tanış gəlmir

Amma ağramasın heç bir yaran
Sənin yerinə mən qabıq bağlayım
Sənsizlik elə ağır bir yük ki
İndi nə sən soruş qadın
Nə mən ağlayım

Axı hansı küçəsən sən
Hansı ölüyəm mən
Təkliyi çoxaldan məhlələrdən
Öpürəm keçmişindən, öpürəm keçməmişindən
Sonra susuram varlığından
Və sonra öpürəm yoxluğdan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir