YalnızFM

Bloqdan

Emil Aliyy – Dərdi səfər

Demişdin ki sən könlümün şairi sən
Mənim də bir tək sənə şeir bu qəlbim
Amma həmin
küçələrdən keçərkən
Yadımda deyil
Yanımda qalmanı istəmişdim
Sən bəlkə də sevişənə qədər
Mən hər zərrəməcən səni sevmişdim

Elə bil bütün dünya var idi gözlərində
Bircə mən yox idim
Ya da mən səni elə həmən küçədə gözləyərkən
Sən başqası ilə getmiş kimiydin

Şeir sevirsən deyə
Mən bu şəhərə şair olmuşam
Qəlbim də qərənfilləşib
Neçə ümiddir yorğunam
Və indi çarəsizcə
Sənə toxunmadan
Sənə toxunmağa çalışan sözlər yazıram

Bəlkə də bir zamanlar gözümdə böyütmüşdüm
İndi qəlbimdə qocaldıram
Ümid dolu baxışlarımda da solmusan
Və sən indi sadəcə
hündür dabanlı
Alçaq insan olmusan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir