YalnızFM

Bloqdan

Emil Aliyy – Bir heç

Neçə nəfərlik imiş ki bu şəhər
Sən gedərkən kimsə də qalmadı
Səndən öncəsi yoxmuş kimi sevdim
Getdin
Səndən sonrası olmadı

İçində biz olan bütün cümlələrdə ölüb
Heç olmasa bir söz yaz
De ki, bağışla
Mən gələ bilmədim xatirələri qarşıla

Yox deyə bilmədiyim acılarım var
Hə deyə bilmədiyim bir sənim qalmış
Səmaya küsmək başqa
Bu həyatda
Günəşi sevən
Qardan adam olmaq da varmış

İndi mən
Sarı simin qara teliyəm
Ümidsiz bir cümlənin sonunda ölmüş kimiyəm
İşıqda yox olan kölgən
Dənizi qadağan gəmiçi
Əlləri olmayan pianoçu kimiyəm

Mən hər şeirim də səni saçıram
Kimə addım atsam sənə qaçıram
Çünki mən,
günəşi sevən
Kor biriyəm

Sanki min illərdir eyni şeirlərin içində yatıram
Ruhum təslim, qələmim sadiq
Və mən həmən qarğayam
Həmən kəpənəyə aşiq

Eşidirsən ?
Düyümlənir boğazım
İlişir sözlərim
Elə hey səni düşünürəm
Elə hey dolur gözlərim

Xoşbəxtliyin dualarıma bənzəyir
Keçmişəm özümdən
Gəl indi sən seç
Burda acılı misralarım qalıb
Birdə ikimizin boyda bir heç

İllər ötüb keçir amma keçmir ürəyimin ağrısı
Mənim ruhum sən dadar
Qəbrim belə sən qoxar
Sən bir başqası

Dəqiqələrim savaşır
Sanki yaşamsız qalıb zaman
Ölüb getmək də bəsit şeydir sevgili
Mən sadəcə səndə Mərhumam
Yada sən ən gözəl rəng idin
Mən gözləri zəif insan

Amma bəlkə nə zamansa yenə qarşılaşdıq
Unudulmuş sevgimizin ahuşunda
Bəlkə də biz yenə əl-ələ
Ayrı yataqların eyni yuxusunda

Yaşamaq sənə gəlməksə
Mən çoxdan getmişəm sevgili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir