YalnızFM

Bloqdan

Banknot

MəŞhur bir natiq danıŞmasına 100 dollarlıq bir banknotu əlində tutaraq baŞladı.
– Bu 100 dollarlıq banknotu kim istər? deyə soruŞdu.
Salonda əllər tək-tək havaya qalxdı.
– Tamam. Bu 100 dolları içinizdən birinə verəcəyəm, amma əvvəl lütfən icazə verin, dedi və banknotu yaxŞıca büzdürdükdən sonra təkrar soruŞdu:
– İndi kim istəyir?
Salonda eyni əllər havaya qalxdı. Bu dəfə, adam, banknotu yerə atdı və ayaqqabısıyla əzdi. Ardından əyildi və pulu götürdü. Banknot çirkli və büzüŞ-büzüŞ olmuŞdu.
– Hələ istəyən varmı? deyə soruŞdu.
Salonda əllər təkrar havaya qalxdı.
– YoldaŞlar, düŞünürəm hamınız çox əhəmiyyətli bir dərs öyrəndiniz. Pula nə etsəm edim siz hələ onu istəməyə davam etdiniz, çünki bilirdiniz ki, bu banknot dəyərindən bir Şey itirmədi. Bəli bunun kimi, bizlər də həyatda çox çətin vəziyyətlərlə qarŞı-qarŞıya qalarıq. Zirvədən aŞağı düŞərik, üzərimizdən basıb keçərlər; bütün o mənfi hadisələri yaŞayarkən, əgər Şəxsiyyətimizi mühafizə etsək, baŞımıza nə gəlirsə gəlsin dəyərimizi əsla itirmərik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir